Ötən günlərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yuxarı sinif şagirdləri və müəllimləri Xəzər Universitetinin Fizika və Elektronika kafedrasına maarifləndirici səfər həyata keçirdilər.
Səfər çərçivəsində iştirakçılar universitet səviyyəli laboratoriyalarla tanış oldular. Onlara laboratoriya təhlükəsizliyi və avadanlıqlardan düzgün istifadə qaydaları barədə ətraflı məlumat verildi.
Şagirdlər rabitə sistemləri, rəqəmsal və analoq elektronika, fiber-optik ötürmə, biotibbi ölçmə və bərpa olunan enerji laboratoriyalarına baxış keçirdilər. Xüsusilə rabitə və fiber-optik sahələr üzrə aparılan təcrübələr onların marağına səbəb oldu.
Bu səfər şagirdlərin fizika fənni üzrə biliklərini real tətbiqlərlə əlaqələndirməsinə və gələcək mühəndislik istiqamətləri barədə düşünməsinə imkan yaratdı. Bu cür akademik əməkdaşlıqlar şagirdlərin peşə seçimində daha məlumatlı qərar verməsinə dəstək verir.