Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 5-ci sinif şagirdləri İbtidai bölməni uğurla bitirərək öz sevinclərini məzuniyyət günündə bölüşdülər.
Bir-birindən fərqli rəqs performansları və səhnəciklərlə çıxış edən 5-cilərə sonda valideynləri tərəfindən xoş təbriklər və musiqili performans hədiyyə oldu!
Şagirdlərimizi təbrik edir və ibtidai təhsil pilləsi boyunca əldə etdikləri nailiyyətlərin növbəti tədris illərində də uğurla davam etməsini arzulayırıq!