Tədris proqramı

Kompleksimizin orta məktəbində təhsil alan şagirdlərimiz Milli Kurikulum çərçivəsində təhsil almağa üstünlük verdiyi kimi təhsilini beynəlxalq bölmə üzrə də davam etdirə bilər. Biz Milli Kurikuluma dünyanın tanınmış beynəlxalq tədris  proqramlarının vacib prinsiplərini özündə birləşdirən fənləri əlavə etməklə onu zənginləşdirmişik.  

Azərbaycan bölməsinin orta təhsil pilləsində təlim birgə öyrənmə, taktil və kinestetik təlim, eləcə də müasir texnologiyalardan tədris prosesində istifadə imkanını, ənənəvi və müasir etodlarını özündə birləşdirir. Bu yanaşma isə XXI əsrin tələblərinə cavab verən   kommunikasiya, əməkdaşlıq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni  zamanda mükəmməl dil bilikləri, oxu və yazı, riyazi və sosial bacarıqların inkişaf etdirilməsi üçün zəmin yaradır. Bu bacarıqlar isə sürətlə inkişaf edən, qloballaşan dünyada şəxsi və peşəkar həyatda müvəffəqiyyət əldə etmək üçün vacibdir. Şagirdlərə kompüter və digər texniki vasitələrdən istifadəetmə, hər hansı bir məsələdə qərarvermə bacarığının aşılanması tədris proqramımızın və fəaliyyət planımızın əsas prinsipidir.

Şagirdlərə hər gün 5 saat olmaqla əsas xarici dil kimi ingilis dili , əlavə olaraq həftədə 2 dəfə isə ingilis dilində  “Global Perspective” fənni  tədris olunur. Beləliklə, Milli Kurikulum əsasında təhsil alan şagirdlər həftə ərzində 7 saat ingilis dili fənni ilə təmin olunurlar. Bu isə şagirdlərə intensiv şəkildə ingilis dili öyrənməyə imkan verir.  Eyni zamanda şagirdlərə rus, fransız, alman, ərəb dilləri müasir xarici dillərdən (MXD) biri olaraq seçim əsasında tədris olunur. Müasir xarici dillərin seçimi ilə daha ətraflı tədris proqramı və təlim mühiti bölməsində tanış ola bilərsiniz. Milli Kurikulum əsasında təhsil alan şagirdlərimiz isə öz növbəsində Azərbaycan və ya rus bölməsini seçə bilər.

Azərbaycan bölməsi:  Azərbaycan bölməsinin orta təhsil pilləsinin şagirdləri dərslərdə əsas təlim dili kimi Azərbaycan dilində ünsiyyət quraraq sağlam mühitdə təhsil alırlar.   

Bu bölmədə təhsil almaq istəyən şagirdlər ana dilində düzgün oxuyub - anlama, danışma, yazı  bacarıqlarına sahib olmalıdırlar. Əgər müraciət edən şagirdlər rus və ya ingilis dilini yüksək səviyyədə bilirlərsə,  bu zaman onlara rus və ya tədrisi ingilis dilində olan beynəlxalq bölmədə təhsil almaq tövsiyə olunur.  

Rus bölməsi: Rus bölməsinin orta təhsil pilləsinin şagirdləri dərslərdə əsas təlim dili kimi rus dilində ünsiyyət quraraq sağlam mühitdə təhsil alırlar.   

Bu bölmədə təhsil almaq istəyən şagirdlər rus dilində düzgün oxuyub - anlama, danışma, yazı  bacarıqlarına sahib olmalıdırlar. Əgər müraciət edən şagirdlər Azərbaycan və ya ingilis dilini yüksək səviyyədə bilirlərsə,  bu zaman onlara  Azərbaycan və ya tədrisi ingilis dilində olan beynəlxalq bölmədə təhsil almaq tövsiyə olunur.

Pedaqoji yanaşma

Təhsil prosesi müasir metodikalar əsasında qurulur və Milli Kurikulumu əhatə etməklə hər bir şagirdin şəxsi potensialını üzə çıxarıb onunla həm fərdi, həm qrup, həm də sosial mühitin nəzərə alınması ilə aparılır. Buraxılış siniflərinə qədər şagirdlər tədris fənlərinə dərindən cəlb edilməklə yanaşı sosial fəal mühitin də bir parçası kimi məktəb həyatında iştirak edirlər. Yuxarı siniflərdə isə şagirdin ali təhsilinin planlaşdırılması ilə  ona profil istiqamətlər üzrə fənlər dərinləşdirilmiş formada tədris edilir. Bu cür yanaşma şagirdlərin akademik nailiyyətlərinin bacarıqları çərçivəsində davamlı yüksək səviyyədə olmasına və sosial fəal şəxsiyyət kimi yetişməsinə geniş imkan yaradır.

Tədris olunan fənlər

Azərbaycan dili (Azərbaycan bölm.) 

Rus dili (rus  bölm.) 

Azərbaycan dili (Rus  bölməsi  üçün dövlət dili kimi)

Ədəbiyyat 

Riyaziyyat   

Xarici dil- İngilis dili 

Müasir xarici dillər ( alman, fransız, rus və ərəb dilləri)  

Ümumi tarix 

Azərbaycan tarixi (Qarabağ tarixi) 

Həyat bilgisi  

Biologiya  

Kimya  

Fizika  

İnformatika/Alqoritmika  

Bədii qiraət (Əlavə fənn kimi)  

Coğrafiya  

Global Perspective - GP (Qeyd: İngilis dilində tədris olunur)  

Texnologiya  

Təsviri incəsənət  

Rəqs  

Musiqi  

Fiziki tərbiyə  

STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat)  

Gənclərin Çağırışaqədərki Hazırlığı

Qiymətləndirmə

Milli Kurikulum əsasında orta təhsil pilləsində Məktəbdaxili Qiymətləndirmə Qaydalarına müvafiq olaraq ildə iki dəfə Böyük Summativ Qiymətləndirmə  (BSQ) keçirilir.  

Hər iki yarımilin sonunda Məktəbdaxili Qiymətəndirmə Qaydalarına müvafiq olaraq  keçirilən Böyük Summativ Qiymətləndirmə (BSQ) ilə yanaşı, şagirdlərin akademik biliklərinə nəzarət etmək, təlimin inkişaf dinamikasını təhlil etmək məqsədilə mütəmadi olaraq şagirdlərimiz üçün Mövzu üzrə Qiymətləndirmə Testləri (MQT), respublika  səviyyəsində keçirilən  sınaq imtahanları təşkil olunur. Bu yanaşma şagirdlərin  bütün fənlər üzrə  bilik, bacarıq və anlama səviyyələrini, eyni zamanda IX və XI siniflərdə keçirilən buraxılış imtahanına hazırlıq səviyyəsini müəyyən edir. Tətbiq etdiyimiz qiymətləndirmə vasitələrinin müxtəlifliyi Azərbaycan və beynəlxalq tədris resurslarına uyğun olaraq şagirdlərin inkişafını dəyərləndirməyə kömək edir.   

İmtahanlar və digər qiymətləndirmə formaları şagirdlərimizin yaş səviyyəsinə uyğun, sağlam öyrədici mühitdə təşkil olunur. Şagirdlərin bu sınaq imtahanları nəticəsində əldə etdiyi bacarıqlar onların gələcək təhsil həyatında böyük nailiyyətlər qazanması üçün zəmin yaradır.   

İmtahanlar

Şagirdlər IX sinfin sonunda ümumi orta təhsil səviyyəsini, XI sinfin sonunda isə tam orta təhsil səviyyəsini əhatə edən buraxılış imtahanı verirlər. 

Sinif

İmtahan

Fənlər

Məqsəd

9

Ümumi orta təhsil üzrə buraxılış imtahanı

 

  • Azərbaycan dili (Azərb. bölm.)
  • Rus dili ( rus bölm. )
  • Azərbaycan dili dövlət dili kimi  (rus bölm.)
  • riyaziyyat
  • xarici dil

 

Milli kurikulum üzrə təhsil alan şagirdlərin icbari təhsili başa vurduqlarını təsdiqləyən sənədin-Ümumi orta təhsil haqqında attestatın  alınması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir

 

11

Tam orta təhsil üzrə buraxılış imtahanı

 

  • Azərbaycan dili (Azərb. bölm.)
  • Rus dili ( rus bölm. )
  • Azərbaycan dili dövlət dili kimi  (rus bölm.)
  • riyaziyyat
  • xarici dil

 

Milli kurikulum üzrə təhsil alan şagirdlərin tam orta  təhsili başa vurduqlarını təsdiqləyən sənədin- Tam orta təhsil haqqında attestatın  alınması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir

 

NİYƏ MTK?

MTK-nın Milli kurikulumunu fərqləndirən xüsusiyyətlər:

  • Peşəkar əcnəbi və yerli mütəxəssislər tərəfindən yüksək keyfiyyətli tədris;
  • Valideynlərin də müntəzəm iştirak edə biləcəyi maraqlı tədbirlərin, öyrədici ekskursiyaların təşkil olunması;
  • Hər bir sinifdə interaktiv lövhələrlə tam təchiz olunmuş müasir tədris mühiti;
  • Fərqli və maraqlı, əsl ikidilli tədris proqramı;
  • Həm üz-üzə, həm də e-MTK jurnalı vasitəsilə müntəzəm olaraq nailiyyətlərə dair yüksək keyfiyyətli rəylərin verilməsi;
  • Hər bir şagirdə xüsusi diqqət və fərdi potensialın inkişafı
  • Klublar, liderlik proqramları və ictimaiyyətlə əlaqəli layihələr də daxil olmaqla canlı bir məktəbdənkənar proqramın təqdim edilməsi;

MTK məzunları ən azı iki dildə tam akademik bilik alacaq və onların əksəriyyəti üç və ya daha çox dildə danışma imkanına sahib olacaqlar. Bundan əlavə şagirdlər çoxsaylı tədbirlərə və layihələrə cəlb edilirlər ki, bu da onların sosial fəal, təşəbbüskar, beynəl təfəkkürlü və müasir səriştələrə malik şəxsiyyət kimi formalaşmasına geniş imkan yaradır.