Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin beynəlxalq bölməsinin orta təhsil pilləsində 10-18 yaşlı uşaqlara yüksək keyfiyyətli beynəlxalq təhsil verilir.
Dərslərin böyük əksəriyyətinin ingilis dilində tədris olunmasına baxmayaraq, ingilis dilində və Azərbaycan dilində olan təlim arasındakı tarazlıq azərbaycanlı və əcnəbi şagirdlərin ehtiyaclarını ödəmək üçün incə dəyişkənliyə malikdir.
Məqsədimiz şagirdləri gələcəkdə həm beynəlxalq, həm də Azərbaycan universitetlərində təhsillərini davam etdirməyə imkan verən mükəmməl biliklə təmin etməkdir.
Beynəlxalq bölmənin orta təhsil pilləsində beynəlxalq səviyyədə tanınan Kembric orta məktəbinin tədris proqramı tətbiq olunur. Azərbaycanlı şagirdlər üçün isə əlavə olaraq Azərbaycan dili və yerli kurikulum üzrə tədris olunan riyaziyyat fənləri də keçilir.
10, 11 və 12-ci siniflərin sonunda şagirdlər İGCSE, AS və A-Səviyyə imtahanları verirlər. Bu imtahanlar Azərbaycanda və xaricdə geniş tanınır və dünyanın ən yaxşı universitetlərinə daxil olmağa imkan verir.
Beynəlxalq bölmənin orta təhsil pilləsində yüksək səviyyəli müasir və ənənəvi tədris və təlim metodlarının istifadəsi həyata keçirilir.
Birgə və layihə əsaslı təlim və texnologiyanın istifadəsi oxu, yazı və riyazi bacarıqların səylə tətbiq olunması ilə tamamlanır. Bu yanaşma şagirdləri davamlı olaraq yüksək səviyyəli akademik nailiyyətlərə və təlimə müsbət münasibətə təşviq edir.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi şagirdlərinə geniş klub proqramları və digər məktəbdənkənar tədbirləri təklif etməkdən qürur duyur. Məsələn, Birləşmiş Millətlər Modeli Konfransları kimi tədbirlər orta məktəb şagirdləri arasında xüsusi maraq doğurur. Bu cür fəaliyyətlər gözəl təlim təcrübəsidir və universitetə qəbul olmaq üçün ideal bir təməlin əsasını qoyur. Bu da getdikcə şagirdlərin əsas akademik biliklərindən əlavə, öz nailiyyətlərini sübut etmələrini tələb edir.
Beynəlxalq bölmənin orta təhsil pilləsində təhsil alan .şagirdlərə aşağıdakı fənlər tədris olunur:
* Qırmızı ulduzla işarələnənlər istisna olmaqla bütün digər fənlər yalnız ingilis dilində tədris olunur.
Beynəlxalq bölmədə: Orta təhsil pilləsində şagirdin inkişafını izləmək və davranışına nəzarət etmək üçün müxtəlif üsullardan istifadə edirik.
olmaqla ətraflı yazılı hesabatların təqdim edilməsi;
Yuxarıda qeyd olunanların hamısı hər bir şagird haqqında özündə məlumat daşıyan e-mtk tətbiqi vasitəsilə valideynlərə aydın və səmərəli şəkildə təqdim olunur.
Beynəlxalq bölmənin orta təhsil pilləsində təhsil alan şagirdlər aşağıdakı cədvəldə göstərilən
imtahanları verirlər:
Sinif |
İmtahan |
Fənlər |
Məqsəd |
5 |
Cambridge Checkpoint |
İngilis dili Riyaziyyat Kimya-biologiya |
Beynəlxalq bölmənin orta təhsil pilləsi üzrə təhsil alan şagirdlərin inkişafını və onların uğur qazanmaq perspektivlərini qiymətləndirmək üçün beynəlxalq səviyyədə akkreditə olunmuş imtahanlar keçirilir. Bu imtahan Cambridge Assessment International Education (CAIE) tərəfindən təmin edilir. |
8 |
Cambridge Checkpoint |
İngilis dili Riyaziyyat Kimya-biologiya
|
Beynəlxalq bölmənin orta təhsil pilləsi üzrə təhsil alan şagirdlərin inkişafını və onların uğur qazanmaq perspektivlərini qiymətləndirmək üçün beynəlxalq səviyyədə akkreditə olunmuş imtahanlar keçirilir. Bu imtahan Cambridge Assessment International Education (CAIE) tərəfindən təmin edilir. |
9 |
Azərbaycan Dövlət İmtahanları * * |
Azərbaycan dili Milli Kurikulum üzrə riyaziyyat və Xarici dil fənləri üzrə
|
Azərbaycanlı şagirdlərin icbari təhsili başa vurduqlarını təsdiqləyən sənədin əldə etməsini tələb edən qanuni tələb. Bu, yerli və bir çox xarici universitetlər tərəfindən tələb olunur.
|
10 |
Cambridge International General Certificate of Secondary Education Examinations (ICGSEs) |
İngilis dili, riyaziyyat və şagird tərəfindən seçilən əlavə fənlər (ümumi 7-9 fənn)
|
Şagirdin müxtəlif fənlər üzrə biliklərini yoxlayan və 11-ci sinifdə təhsil almağa imkan verən beynəlxalq səviyyədə akkreditə olunmuş imtahanlar. Bu imtahanlar Cambridge Assessment International Education (CAIE) tərəfindən təmin edilir.
|
11 |
Azərbaycan Dövlət İmtahanları *
|
Azərbaycan dili Milli Kurikulum üzrə riyaziyyat və Xarici dil fənləri
|
Yerli şagirdlərin orta təhsili başa vurduqlarını təsdiqləyən sənədin əldə etməsini tələb edən qanuni tələb. Bu, yerli və bir çox xarici universitetlər tərəfindən tələb olunur. |
11 |
Cambridge Advanced Subsidiary and Advanced Level Examinations (AS and A-Levels) |
Şagird tərəfindən gələcək universitet və karyera seçiminə uyğun olaraq seçilən 3-5 fənn
|
Şagirdə Azərbaycanda və xaricdə yüksək reytinqli universitetlərə müraciət etməyə imkan verən beynəlxalq səviyyədə akkreditə olunmuş və Cambridge Assessment International Education (CAIE) tərəfindən təmin edilən imtahanlar.
|
* Azərbaycanlı şagirdlər üçün məcburi, digərləri üçün könüllüdür.
MTK-nın Beynəlxalq kurikulumunu fərqləndirən xüsusiyyətlər:
Biz tədris proqramımızı şagirdlərimizin MTK- da öz təhsillərini yüksək səviyyədə başa vurması üçün dəqiqliklə hazırlamışıq.
MTK məzunları ən azı iki dildə tam akademik biliklərə sahib olur, əksəriyyəti isə üç və ya daha artıq dildə sərbəst danışa bilirlər. Bu isə o deməkdir ki, həm vətəndə, həm də xarici ölkələrdə geniş təhsil və karyera yolları onların üzünə daim açıq olacaqdır.