Kompleksimizdə yeni akademik ilin başlanğıcını böyük bir tədbirlə qeyd etdik! Kompleksin fəaliyyətlərini əks etdirən guşələr, qalib ruhda böyüyən şagirdlərimizin qazandığı nailiyyətlər, STEAM və innovasiya guşəsi, musiqi, rəqs və əyləncə bu günü yaddaqalan etdi!
Açılış günündə birincilər Komplekslə tanış olmaq və əylənməklə yanaşı əl-ələ verərək gələcək üçün yaşıl dünya modeli hazırladılar.
Tədbirin rəsmi hissəsi rəhbərliyin şagirdlərə təbriki ilə başlandı, daha sonra müəllimlər öz şagirdlərini təbrik edərək onlara müvəffəqiyyətlər arzuladılar. Tədbirdə birincilərin hazırladığı rəqs və musiqi performansları valideyn və müəllimləri heyran etdi. Müxtəlif çıxış və performanslarla yadda qalan tədbir birincilərin ilk zəngi çalması ilə yekunlaşdı.
Tədbirdə həmçinin yuxarı mərhələ şagirdləri də öz müəllim və rəhbər heyəti ilə görüşdü, akademik ilin yeni müəllim heyəti ilə tanış oldu. Hədəflər və məqsədlər müəyyənləşdi.
Bütün şagirdlərimizə yeni tədris ilində yeni uğur və nailiyyətlər arzu edirik!