24 sentyabr tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Heydər Əliyev adına Müasir Təhsil Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı Kompleksin ərazisini gəzərək bağça və məktəblə tanış olan qonaqlara İcraçı direktor Aygün Mikayılova Kompleksin fəaliyyəti, müasir üslubda təhciz olunmuş infrastrukturu, təlim və tədris prosesi, innovativ öyrənmə metodları barədə ətraflı məlumat vermişdir.
Qonaqlar, həmçinin şagirdlər və Cambridge Kurikulumu əsasında təşkil olunan müasir öyrənmə mühiti, interaktiv dərs prosesi ilə də yaxından tanış olublar. Dəyərli qonaqlarımızın müəllimlər və məktəb heyəti ilə səmimi fotolarını təqdim edirik.