Məhz onlar sayəsində gənclər öz gələcəyini inşa etmək üçün Xankəndində təsis olunan Qarabağ universitetində böyük həvəslə təhsil alırlar. O universitet ki, bir zamanlar düşmən tapdağı altında olan, igid oğulların qanı, canı bahasına geri qaytarılan torpaqlarımızda inşa olunub.
İnanırıq ki, bir gün bu universitetin məzunları elə tamaşada olduğu kimi Xankəndindən kosmosa səyahət edən kosmonavtlar, xəstəliklərə çarə tapan həkimlər, texnologiya sahəsində ilklərə imza atan mütəxəssislər olacaqdır!
Çünki, gələcək məhz burada, suverenliyimizin bizə bəxş edildiyi yerdə başlayır!