3-cü sinifdə oxuyan kiçik tədqiqatçılarımız Qlobal Perspektivlər/Sosial Elmlər dərsləri zamanı böyük sualı araşdırdılar: "Bizim qidamız haradan gəlir?" Bu barədə məlumat əldə etmək üçün onlar qida prosesinin müxtəlif mərhələlərində iştirak edən əsas şəxslərlə müsahibələr apardılar.
Həmin şəxslərdən maliyyə komandasının rəhbəri Mehman bəy büdcə tərtibatı və ərzaq tədarükü ilə bağlı öz perspektivlərini bölüşdü, daha sonra yeməklərin tədarükü və yeməkxananın idarəetməsi ilə məşğul olan yeməkxana müdiri Rauf bəy, aşpazımız Aygün xanım və Kompleksin müəllimlərindən biri, istehlakçıları təmsil edən Ms.Hilola öz təcrübələrini şagirdlərlə bölüşdü.