Yeni tədris ilinin ilk Təlim Günü!
2024-25-ci tədris ilinin 1-ci Təlim günü məktəbimizin gələcək vəziyyətini aydın şəkildə göstərən yenilənmiş məktəb vizyonumuza və missiyamıza həsr olundu. Vizyon və missiya bəyanatları məktəbin əsas dəyərlərini, məqsəd və istəklərini aydın şəkildə müəyyən etməklə onun mahiyyətini formalaşdırdığından, məktəb icmasının hər bir üzvünün kollektiv şəkildə onları reallaşdırmağa can atması çox vacibdir.
Təlimin sonunda iştirakçılarda məktəb vizyonumuzu necə irəli aparacağımız barədə daha aydın təsəvvür yarandı: vizyonumuzu daim diqqət mərkəzində saxlayaq ki, o da bizi olmaq istədiyimiz yerə aparsın.