28 fevral tarixində məktəbimizdə Ana dili aylığının yekun tədbiri keçirildi. Pərviz Seyidlinin rejissoru və ssenari müəllifi olduğu “Bəşəriyyətin dili” adlı tamaşa səhnəyə qoyuldu. Dilin müasir cəmiyyətdə rolu, bəşəri problemlər və insanlığı birləşdirən ünsiyyət körpüsü kimi dəyəri vurğulandı.
Tədbirdə müəllim və şagird kollektivinin birgə iştirakı, duyğusal və düşündürücü anlar yaşatdı.