Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə əməkdaşlığı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Ulu Öndərin Yolu ilə” mövzusunda esse müsabiqəsi keçirilmişdir. Layihənin əsas məqsədi, Ümummilli Lider Heydər Əliyevin müdrik irsinin, dövlətçilik fəlsəfəsinin və tarixi xidmətlərinin gənc nəsil tərəfindən dərindən öyrənilməsinə, mənimsənilməsinə və yaradıcı şəkildə ifadə olunmasına şərait yaratmaqdır. Mərasimdə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Baş İcraçı Direktoru Tural Abbasov, şagirdlər, ASAN Könüllüləri və digər qonaqlar iştirak ediblər. Müsabiqənin mükafatlandırma mərasimi 7 saylı Bakı “ASAN xidmət” mərkəzində təşkil olunmuş, layihənin yekun mərhələsi olaraq fərqlənən iştirakçılar sertifikat və xatirə hədiyyələri ilə təltif edilmişdir. Bu layihənin ərsəyə gəlməsində göstərdikləri əməkdaşlıq və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə xüsusi təşəkkürümüzü bildiririk.