Qarabağda Ekoloji Bərpa Təşəbbüsü çərçivəsində yolumuz Füzuli şəhər 1 nömrəli Mirzə Uluqbəy adına tam orta məktəbə düşdü. Burada biz dayanıqlı kompostlama mövzusunda bilik və təcrübələrimizi bölüşərək bir araya gəldik.
Bu əməkdaşlıq əvvəlcə MTK və Füzuli məktəbinin şagirdləri arasında onlayn görüşlərlə başladı, zamanla isə real fəaliyyətlərə çevrildi. Bu görüşlərdən ilhamlanan Füzuli məktəbliləri işğaldan azad olunmuş torpaqlarımızda, məktəb bağlarında öz kompost layihələrini başlatdılar.
Onların bu addımlarına dəstək olmaq üçün MTK kompost proqramımızdan əldə olunan təbii gübrəni məktəb bağlarına gətirdik.
Bu, ətraf mühitin mühafizəsi ilə yanaşı, icma quruculuğu, bərpa və ümidin gerçəyə çevrilməsi deməkdir.