Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinif şagirdi İmran Nəsibov və müəllimi Ələsgər Əsədov 21-26 sentyabr tarixlərində Türkiyədə  keçiriləcək dünyanın ən mühüm texnologiya festivallarından biri sayılan Teknofest 2021-də Azərbaycanı  təmsil edir. TEKNOFEST Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur.
İmranın təqdim etdiyi "Zəfər yolu" kosmik stansiya modeli bir neçə unikal keyfiyyətinə görə hazırki modellərdən fərqlənir. Bu model ilk öncə işləmə prinsipinə görə digər dizaynlardan seçilir. Modelin dizaynı modul xarakterlidir və ilkin vəziyyətində bir neçə fərqli ölçülü kürə şəkilli hissələrdən ibarətdir. Kosmik stansiyansiya: əsas idarəetmə modulundan, teleskopik strukturlu sistemdən ibarətdir. Əlavə sfera formalı hissələr isə, stansiya kosmosa göndərilən zaman bir-birinin daxilində yerləşir. Lazımi hündürlük əldə olunduqda qeyd olunan teleskopik strukturlu mexanizm işə düşüb stansiyanı işlək vaziyyətə gətirir. Gələcəkdə tələbata uyğun olaraq əlavə modullar ümumi sistemə heç bir problem olmadan inteqrasiya oluna bilir. Bu imkanı isə standart birləşmə mexanizmi verir, enerji təlabatı isə tam olaraq stansiyanın əsas modulunda və kürə modullarının üzərində yerləşən günəş panelləri tərəfindən ödənilir. 
Bu cür dizayn bizə bir sıra mühüm üstünlüklər verir. İlk öncə modul strukturu bizə inanılmaz dərəcədə “elastiklik” verir. Nəzərə alsaq ki sistemə istənilən sayda modul birləşdirmək olar, bu texnologiya bizə potensial olaraq yüzlərlə hətta minlərlə moduldan ibarət bir kosmik “imperiya” yaratmaq imkanı verir. Yuxarıda qeyd olunan ilkin vəziyyət (bir-birinin daxilində sferik modullar) həm də çox böyük miqdarda həcmə qənaət etmiş olur. Bu da o deməkdir ki, indi bir uçuşa bir stansiya göndərilirdisə, bu texnologiya ilə bu rəqəm bir neçə dəfə artmış ola bilər. 
Əldə etdiyimiz daha bir üstünlük insan təbiəti ilə bağlıdır. İnsan sosial bir varlıqdır və daima ətarfını genişləndirməyə can atır. Bizim təklif etdiyimiz formada bir stansiya şəhər tipli nəzərdə tutula bilər hansı ki, oranın “sakinlərinə” bir növ psixoloji rahatliq verə bilər. Qeyd edək ki, modulların fəaliyyət növləri limitsizdir və insanlar özlərinə müxləlif məşğulluq növləri yarada bilərlər. Şəkildən göründüyü kimi əsas modullara perpendikular iki modul ayrılır. Bu modullar daimi fırlanma hərəkətində olur və bunun nəticəsində həmin modullarda süni qravitasiya effekti yaranır. Bu modullar Yerə daha yaxın psixoloji atmosfer yarada bilər. Bu modullar isə insanın yatmaq və  istrahət kimi əsas təlabatlarını ödəmək üçün istifadə oluna bilər.

Teknofest festivalı haqqında ətraflı məlumat: https://www.teknofest.org/

mtk

muasirtehsilkompleksi

mtkazerbaycan

mtkbaku

müasirtəhsilkompleksi

hedərəliyevadınamüasirtəhsilkompleksi

modern

education

school

kindergarten

preschool

primary

secondary

highschool

bilingual

cambridge

IB

детскийсад

начальнаяшкола

русскийсектор

internationalstream

bakimoderntehsilkompleksi

bakımoderntəhsilkompleksi

частныешколыбаку

mtkschoolbaku

muasir

özəlməktəblər

schoolsinbaku

tehsilkompleksi

bestschoolsinbaku

лучшиешколывБаку

STEAM

internationalschool

privateschool

детскийсадик

детскийсадрядом

сайтыдетскихсадов

современныедетскиесады

хорошийдетскийсад

oxfordschool

oksfordschool

cambridgeschool

дошкольный

bagca

ibtidaimekteb

ortamekteb

bilinqualtehsil

школа

montessori

britishschool

middleschool

elementaryschool

mekteb