Sürətlə inkişaf etməkdə olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksində rəqəmsal transformasiya sahəsinə aid daim yeni layihələr həyata keçirilir. Belə layihələrdən biri uzun müddətdir, həyata keçirilməsi üçün tədbirlər görülən, özəl məktəblər arasında ilk STEAM mərkəzinin açılışı oldu.

STEAM 5 əsas sahənin: Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris edilməsi ideyası üzərində qurulmuş təhsil metodudur.

STEAM layihəsinin əsas məqsədi şagirdlərdə kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Mərkəzin açılışında Kompleksin ibtidai və yuxarı sinif şagirdləri tərəfindən STEAM təhsil metodu çərçivəsində hazırlanan qurğular nümayiş etdirildi. Xüsusən azyaşlıların texniki bilikləri böyük maraqla qarşılandı.

Açılışda şagirdlər tərəfindən qonaqlara tədris dronları, 3D çap aparatı ilə hazırlanmış məhsullar, robotlar nümayiş etdirildi. Onların arasında sentyabr ayında Türkiyədə keçirilmiş “Teknofest 2021” festivalında iştirak etmiş, Müasir Təhsil Kompleksinin IX sinif şagirdi İmran Nəsibovu da gördük. İmran festivalda təqdim etdiyi "Zəfər yolu" kosmik stansiyası haqqında iştirakçılara ətraflı məlumat verdi. İmran kimi şagirdləri gördükcə insan qürurlanmaya bilməz. Kompleksdəki şagirdlər hər biri bizim uğurlu gələcəyimizin təminatçısıdır.

İmran öz müəllimi Ələsgər Əsədovla hazırladığı kosmik stansiya ilə Özbəkistanda keçirilmiş Beynəlxalq Robototexnika yarışmasında da Azərbaycanı təmsil etmişdir.
Mərkəzin açılışında nümayiş olunan qurğular, şagirdlərin onları bacarıqla təqdim etməsi onlara texnologiya sahəsində aşılanan bilik və bacarıqların yüksək səviyyədə olduğundan xəbər verirdi.

Yeri gəlmişkən qeyd edək ki, şagirdlər arasında bu il keçirilən bir sıra beynəlxalq olimpiadada, robotexnika, texnologiya yarışlarında iştirak edib yüksək nəticələr əldə edənlər də vardır: 11-ci sinif şagirdi Səid Nəsibov Sinqapurda keçirilmiş Beynəlxalq İnformatika Olimpiadasında bürünc medal, 11-ci sinif şagirdi Əli İsmayılov Roblox platformasında Modelləşdirmə və Kodlaşdırma yarışmasında dünya üzrə I yer qazanmışdır. İnanırıq ki, STEAM mərkəzinin açılışı bu uğurların sayını daha da artıracaqdır. Belə ki, Mərkəzdə dərslər “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları” üçün hazırlanmış kurikulum üzrə təşkil olunmuşdur.
Daha sonra MTK-da tətbiq olunan daha bir müasir təhsil metodunun təqdimatı keçirildi. Bu, bir müddət əvvəl tətbiqinə başlanılan “Öz Cihazını Gətir” (BYOD) proqramıdır. Qeyd olundu ki, artıq 11 sinifdə BYOD layihəsi pilot layihə olaraq tətbiq olunur.

Məlumat üçün bildirək ki, “Öz Cihazını Gətir” (BYOD) proqramı çərçivəsində şagirdlərə noutbuklarını hər gün məktəbə gətirərək dərslərdə istifadə üçün imkan yaradılır.
Əminik ki, Kompleksdə tətbiq olunan yeni metod və layihələr Azərbaycan təhsilinə böyük töhfələr verəcəkdir.

mtk

muasirtehsilkompleksi

mtkazerbaycan

mtkbaku

müasirtəhsilkompleksi

hedərəliyevadınamüasirtəhsilkompleksi

modern

education

school

kindergarten

preschool

primary

secondary

highschool

bilingual

cambridge

IB

детскийсад

начальнаяшкола

русскийсектор

internationalstream

bakimoderntehsilkompleksi

bakımoderntəhsilkompleksi

частныешколыбаку

mtkschoolbaku

muasir

özəlməktəblər

schoolsinbaku

tehsilkompleksi

bestschoolsinbaku

лучшиешколывБаку

STEAM

internationalschool

privateschool

детскийсадик

детскийсадрядом

сайтыдетскихсадов

современныедетскиесады

хорошийдетскийсад

oxfordschool

oksfordschool

cambridgeschool

дошкольный

bagca

ibtidaimekteb

ortamekteb

bilinqualtehsil

школа

montessori

britishschool

middleschool

elementaryschool

mekteb