
"STEAM Yay Məktəbi 2022" - Qeydiyyat başladı!
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə iSTEAM mərkəzinin əməkdaşlığı çərçivəsində keçirilən "STEAM Yay Məktəbi 2022"-də iştirak üçün qeydiyyat başladı!
Bu "Yay Məktəbi" tam fəqli, maraqlı və öyrədici olacaq!
Dərslər yerli və beynəlxalq yarışlara, olimpiadalara hazırlıq proqramına əsaslanır! Proqram şagirdlərdə ilkin alqoritmik düşüncə, kodlaşdırma, mühəndislik, robototexnika bacarıqlarının inkışafına xidmət edir.
Keçirilmə məkanı: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi.
Keçirilmə tarixləri: 4-18 iyul. (11-12 iyul Qurban Bayramına təsadüf etdiyi üçün həmin günlər 18-19 iyul tarixi ilə əvəzlənəcək).
Yaş qrupu: 6-15.
Qruplarda şagird sayı: 10-12 nəfər.
Səhər qrupu - həftənin 5 günü (Bazar Ertəsi-Cümə) saat 10:00-13:00;
Günorta qrupu - həftənin 5 günü (Bazar Ertəsi-Cümə) saat 14:30-17:30.
Yaş qrupları:
1) 6-8 yaşlı uşaqlar üçün qrup üçün 2 həftəlik proqram:
"Matatalab Pro" robototexnika vasitəsilə ilkin alqoritmik düşüncə və kodlaşdırma, mühəndislik bacarıqlarının inkişafı üzrə məşğələlər, yerli və beynəlxalq olimpiadalara hazırlıq.
+ 1 gün Aerodinamika. PUA (Pilotsuz Uçan Aparatlar) master-klas.
2) 9-12 yaşlı uşaqlar üçün qrup 2 həftəlik proqram:
"Lego Spike+EV3" platforması vasitəsilə ilkin alqoritmik düşüncə və kodlaşdırma, mühəndislik bacarıqlarının inkişafı üzrə məşğələlər, yerli və beynəlxalq olimpiadalara hazırlıq.
+ 1 gün Aerodinamika. PUA (Pilotsuz Uçan Aparatlar) master-klas.
3) 13-15 yaşlı yeniyetmələr üçün qrup 2 həftəlik proqram
"VEX İQ" platforması vasitəsilə kodlaşdırma, mühəndislik, robototexnika üzrə məşğələlər və beynəlxalq olimpiadalara hazırlıq.
+ 1 gün Aerodinamika. PUA (Pilotsuz Uçan Aparatlar) master-klas.
Qeydiyyatdan keçmək üçün iSTEAM Mərkəzinə yaxınlaşmağınız xahiş olunur.
(İyunun 10-na qədər qeydiyyatdan keçənlər üçün xüsusi endirim)
Ünvan: Əhməd Rəcəbli 3/16 (Porto Otelin yanı).
Əlavə məlumat: CIT - isteam.az
Telefon: 010 310 03 53.