Övladınızın təhsil alması üçün Heydər Əliyev adına Müasir Təhsil Kompleksini seçdiyiniz üçün sizə təşəkkür edirik.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi şagirdləri qloballaşan dünyada layiqli yer tutmağa hazırlayan beynəlxalq tədris mərkəzidir. Kompleksimzdə 2 yaşdan 17 yaşa qədər olan uşaqlar məktəbəqədər, ibtidai və orta təhsil pillələri üzrə təhsil alırlar.
Bizim başlıca məqsədimiz hər bir uşağın daxili potensialını üzə çıxarmaq, Azərbaycanda və dünyanın istənilən yerində inamla irəliləməsinə dəstək olmaqdır.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi olaraq ən müasir tələblərə cavab verən kampusumuzda sizə yüksək keyfiyyətli tədris və məktəbdənkənar fəaliyyət proqramı təqdim edirik.
Qeyd: Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar olaraq ölkədə karantin rejimi davam etməkdədir. Mövcud rejim aradan qaldırılanadək Kompleksə qəbul prosesi onlayn qaydada həyata keçiriləcəkdir.
1. Onlayn müraciətlərin qəbulu
2. Onlayn imtahan/müsahibənin təşkili
3. Qeydiyyat və sənədləşmənin aparılması
Sənədlər
Qəbul imtahanının uğurlu nəticəsi əsasında Kompleksimiz tərəfindən sizə yer təklif olunduğu halda təqdim etməli olduğunuz sənədlər aşağıdakılardır:
Ətraflı məlumat:
Mob: +994552028401 ; +994552086266
E-poçt: admissions@mtk.edu.az
Qeydiyyat:
Qəbul buradan endirə bilərsiniz.
Kompleksimizin əsas üstünlüyü doğma vətənimizin zəngin tarixinə, dilinə, mədəniyyətinə olan dərin sevgini və hörməti özündə əks etdirməklə yanaşı, əsl beynəlxalq təhsil verməkdir.
Şagirdin müvafiq sinfə qəbul olması üçün yaş həddi aşağıdakı kimi müəyyən olunur:
Cari ilin 31 dekabr tarixində şagirdin yaşı |
Yaş qrupu/Sinif |
2 |
Kiçik qrup |
3 |
Orta qrup |
4 |
Böyük qrup |
5 |
Məktəbəqədər hazırlıq qrupu |
6 |
1-ci sinif |
7 |
2-ci sinif |
8 |
3-cü sinif |
9 |
4-cü sinif |
10 |
5-ci sinif |
11 |
6-cı sinif |
12 |
7-ci sinif |
13 |
8-ci sinif |
14 |
9-cu sinif |
15 |
10-cu sinif |
16 |
11-ci sinif |
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində:
Şagird qəbulunun intensiv dövründə (may və avqust ayları) şagird qəbulu üçün kütləvi imtahanlar təşkil olunur. Şagird qəbulu imtahanın və psixoloqun müşahidəsinin nəticələrinə əsasən aparılır.
Məktəbə şagird qəbulu prosesində iştirak
Bağçaya şagird qəbulu prosesində iştirak
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində uşaq bağçasına qəbul sınaq günündə pedaqoq və psixoloqla müsahibənin nəticələrinə əsasən aparılır.
*2020-21-ci tədris ili üzrə Kompleksə qəbul 5 may tarxində başlayır və yerlərin məhdudluğu səbəbi ilə müvafiq yerlər dolduqda başa çatır.
Şərti təklif
Şagirdin müsahibə/test nəticələrinə görə tələbləri tam qarşılamadığı, lakin müsbət dinamikanın olduğu müəyyən edilərsə, ailənin və əlavə pedaqoqun dəstək göstərməsi və bəlli müddətdən sonra yenidən qiymətləndirilməsi şərti ilə şagird Kompleksə qəbul edilir.
Gözləmə siyahısı
Müvafiq bölmədə yer olmadıqda şagirdə gözləmək təklif olunur. Biz həmin şagirdin tez bir zamanda təhsilini məktəbimizdə (hər hansı bir şagird gözlənilmədən məktəbdən çıxarsa və ya yeni sinif açılarsa) davam etdirməsi üçün şərait yaradırıq.
Müsbət cavab almayan şagirdlər
Nadir hallarda müsabiqədə iştirak edən hər hansı bir şagird kompleksimizə qəbul olunmaya bilər. Bu ancaq aşağıdakı hallarda ola bilər:
- Ailə - məktəb əməkdaşlığı alınmadıqda;
- Şagirdin tədris prosesində uğur əldə edə biləcəyi sual altında olduqda;
- Şagirdin yaş səviyyəsi məktəbə uyğun olmadıqda;
- Şagirdin təlim materialını qavramasında, davranışında problem olduqda;
Biz səmərəli ailə-məktəb əməkdaşlığı vasitəsilə öz övladlarının təhsil sahəsindəki uğurlarına dəstək olan, məktəbimizin siyasətini bəyənən, açıqfikirli valideynləri salamlayırıq. Ailə - məktəb əməkdaşlığı şagirdlərin təhsil aldığı bölmədən və tədris dilindən asılı olmayaraq onların uğur əldə etmələri üçün mühüm amildir.
Valideynlər məktəbimizin fəlsəfəsini, tədris metodikasını, övladlarının təhsilini dəstəkləmək üçün uzun müddətli əməkdaşlığa hazır olmalıdırlar.
Övladları Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil alan valideynlərin əsas öhdəlikləri bunlardır: