Bizim kurikulum
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) ibtidai məktəbi 6-11 yaşlı uşaqları yüksək keyfiyyətli təhsil və qayğı ilə təmin edir.
Biz əsas təhsil proqramımız kimi beynəlxalq miqyasda tanınan Kembric İbtidai Kurikulumunu (Cambridge Primary ) tətbiq edirik. MTK-da istifadə olunan Kembric İbtidai tədris proqramı beynəlxalq və milli kurikulum standartlarına uyğun xüsusi hazırlanmışdır.
Şagirlərimizin bir vətəndaş kimi qürur hissi ilə böyüməsi, eləcə də Azərbaycan dilində səlis danışmasını təmin etmək üçün Kembric İbtidai proqramının və Azərbaycan Milli Kurikulumunun müsbət elementlərini özündə birləşdirərək, maraqlı, autentik təlim mühiti yaradılmışdır. Qeyd etmək istəyirik ki, yerli və qlobal mövzular, tarix və hadisələr tədrisdə, eləcə də məktəbin tədbirlər təqvimində öz əksini tapmışdır.
Kembric İbtidai Kurikulumu oxu, yazı, danışıq və dinləmə ilə yanaşı, riyaziyyat və təbiət fənlərinin effektiv tədrisini özündə birləşdirərək, tədris və öyrənmə üçün əyləncəli və yaradıcı mühit təmin edir.
İbtidai məktəbdə tədris olunan fənlər:
- İngilis dili
- Wellbeing( Sosial emosional öyrənmə)
- Riyaziyyat
- Azərbaycan dili
- Müasir xarici dillər (rus dili, fransız dili, alman dili, ərəb dili)
- Sosial biliklər & Qlobal Perspektivlər
- Azərbaycan tarixi (5-ci sinif)
- Təbiət elmləri
- STEAM
- Musiqi
- Drama
- Təsviri incəsənət
- Fiziki tərbiyə (idman oyunları, gimnastika, rəqs və üzgüçülük)
İbtidai məktəbin strukturu, bölmələri və müəllim heyəti
Şagirdlər MTK ibtidai məktəbində beynəlxalq proqram üzrə təhsil alır. 1-5-ci siniflərdə Kembric İbtidai Kurikulumu tətbiq olunur .
İbtidai bölmənin müəllim heyəti həm yerli, həm də peşəkar xarici mütəxəssislərdən ibarətdir. İngilis dili beynəlxalq sertifikatlı, ana dili ingilis dili olan xarici müəllimlər tərəfindən tədris olunur.
MTK müəllim heyəti cəmiyyətdə ömürboyu öyrənən liderlər kimi xidmət göstərməyə və şagirdlərdə mükəmməllik, dözümlülük, öyrənməyə həvəs və əzmkarlıq kimi dəyərlərın inkişafına təkan verən bacarıqları formalaşdırmağa maraqlıdırlar.
Şagirdlərin təlim ehtiyaclarının ödənilməsi
Öyrənməyə dəstək nədir?
MTK-da ingilis dilini yeni öyrənən və ya ingilis dili səviyyəsi tədris olunan fənlərin öhdəsindən uğurla gəlmək üçün hələ kifayət etməyən şagirdlər Öyrənməyə dəstək Proqramı vasitəsilə dəstək alırlar. MTK-da bu proqramı 2022-23-cü dərs ilində yaradılmışdır və onun məqsədi köməyə ehtiyacı olan hər bir şagirdin ümumi sinfə sosial və akademik inteqrasiyasına dəstək olmaqdır.
Təlimə dəstək proqramının Müasir Təhsil Kompleksində məqsədi:
- İngilis dili, elm və riyaziyyat kimi əsas fənlərə aid anlayışların və lüğətin möhkəmləndirilməsi, əvvəlcədən öyrədilməsi;
- Bütün mövzularda istifadə olunan düşünmə bacarıqlarının inkişaf etdirilməsi;
- Dörd dil bacarığını inkişaf etdirmək: dinləmə, oxuma, danışma, yazı bacarıqları (qrammatika daxil olmaqla)
- Bütün fənlər üzrə şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirmək;
Qiymətləndirmə
İbtidai siniflərdə aşağıda göstərilən üsullardan istifadə edərək şagirdlərin təlim- tərbiyə prosesindəki inkişaf dinamikasını yaxından izləyirik:
- yaş səviyyələri nəzərə alınmaqla bütün əsas fənlər üzrə müntəzəm şəkildə tətbiq olunan standartlaşdırılmış testlər vasitəsilə şagirdlərin akademik inkişafına nəzarət edərək; (Məsələn,Kembric yarımil qiymətləndirməsi, “Cambridge Mid-Term" və Kembric Proqressiya Testləri “Cambridge Progression Tests”);
- şagirdlərin Beynəlxalq orta təhsildə müvəffəqiyyət qazanmasına hazırlığını yoxlamaq üçün “Cambridge Assessment Checkpoint” imtahanlarından istifadə edərək;
- davranış üzrə qiymətləndirməni (dərsə münasibətin, diqqətin, sosial və qrup işi bacarıqlarının müəllim tərəfindən qiymətləndirilməsi) rəylər vasitəsilə mütəmadi olaraq tətbiq edərək;
- fənn üzrə mütəmadi olaraq müvafiq rəylərlə müşayiət olunan qiymətləndirmə tətbiq edərək;
- semestrdə bir dəfə/ ildə iki dəfə valideynlərə izahlı rəylərlə müşayiət olunan şagirdlərin yekun nəticələri haqqında ətraflı yazılı hesabatlar təqdim edərək;
Yuxarıda qeyd olunanların hamısı hər bir şagird haqqında ətraflı məlumat daşıyan E-mtk jurnalı vasitəsilə valideynlərə aydın və səmərəli şəkildə təqdim olunur.
Niyə Müasir Təhsil Kompleksinin ibtidai təhsil səviyyəsi?
MTK-nın ibtidai təhsil səviyyəsini fərqləndirən xüsusiyyətlər:
- Hər bir şagirdə xüsusi diqqət
- Peşəkar əcnəbi və yerli mütəxəssislər tərəfindən yüksək keyfiyyətli tədris;
- Hər sinifdə interaktiv lövhələrlə yanaşı, STEAM, fiziki tərbiyə, təsviri incəsənət və təbiət elmləri üçün tam təchiz olunmuş, ən müasir tədris məkanları ilə müasir təlim mühiti;
- Kembric İbtidai Kurikuluma əsaslanan cəlbedici orijinal proqram;
- Yale Emosional İntellekt Mərkəzinin RULER proqramı vasitəsilə sosial və emosional bacarıqların sistematik şəkildə tətbiq olunduğu müsbət emosional iqlim;
- Uşaqlara ingilis dilində tam akademik bacarıq əldə etməyə və ana dilində sərbəst danışmağa imkan verən təhsil;
- Uşaqların maraq dairəsinə uyğun olaraq onların fiziki və zehni inkişafını dəstəkləyən dərnəklər;
- Həm təkbətək, həm də E-mtk jurnalı vasitəsilə şagirdlərin şəxsi inkişafı və təlim nəticələri ilə bağlı müntəzəm olaraq ətraflı rəylərin verilməsi;
- Valideynlərin də müntəzəm iştirak etmək imkanı olan maraqlı tədbirlərin, öyrədici ekskursiyaların təşkil olunması.
Bizim tərtib etdiyimiz kurikilum sayəsində MTK-nın məzunları gələcəkdə yüksək seçim imkanına və çevikliyə malik olurlar.