Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 20 illik yubileyi ərəfəsində keçiriləcək yay məktəbinə qeydiyyat başladı!
Əyləncəli, maraqlı və öyrədici yay tətili.
Uşaqlar özlərini əsl ixtiraçı kimi hiss edəcək!
Keçirilmə tarixləri: 1 iyul-15 avqust
Dərslər Azərbaycan, rus və ingilis dillərində keçiriləcək.
Yaş qrupları:
1) 5-6 yaşlı uşaqlar üçün qrup.
2 həftəlik proqram - 200 azn.
Səhər qrupu - həftənin 5 günü (Bazar Ertəsi-Cümə) saat 10:00-13:00.
Günorta qrupu - həftənin 5 günü (Bazar Ertəsi-Cümə) saat 14:30-17:30.
2) 7-10 yaşlı uşaqlar üçün qrup.
2 həftəlik proqram - 550 azn.
Həftənin 5 günü (Bazar Ertəsi-Cümə) saat 10:00-18:00.
4 iyun tarixinə qədər qeydiyyatdan keçənlər üçün endirimli qiymət - 500 azn.
3) 11-15 yaşlı yeniyetmələr üçün qrup.
2 həftəlik proqram - 550 azn.
Həftənin 5 günü (Bazar Ertəsi-Cümə) saat 10:00-18:00.
4 iyun tarixinə qədər qeydiyyatdan keçənlər üçün endirimli qiymət - 500 azn.
Yay Məktəbi Proqramı:
1 ) Alqoritmik düşüncə və Məntiq
2 ) Robototexnika və Proqramlaşdırma
3 ) 3D Modelləşdirmə və 3D Çap
4 ) Mühəndislik və Dizayn
5 ) İngilis dili praktikası (Conversation Club)
6 ) İntellektual (Escape Room, Brain Ring) və hərəkətli oyunlar
7 ) Bədən tərbiyəsi
8 ) Nahar */ meyvə, çay fasilələri
(Qeyd * - Nahar yeməyi saat 10:00-18:00 iştirak edən qruplara verilir)
Əsas məqsədimiz uşaqlara yüksək texnologiyalar dünyasında inkişaf imkanlarını göstərməkdir!
Təlimçilər Türkiyədə, İsraildə və Azərbaycanda STEAM təhsili sahəsində sertifikasiyadan keçmiş mütəxəssislərdir.
Qeydiyyatdan keçmək üçün Müasir Təhsil Kompeksin aşağıda göstərilən ünvanına müraciət etmək lazımdır.
Ünvan: Bakı ş., Nəsimi r-nu, Səməd Vurğun küç. 151.
Yay məktəbi haqqında əlavə məlumat üçün əlaqə nömrəsi: 051 226 72 27 
(saat 10:00-17:00 əlaqə saxlaya bilərsiniz)