Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yüksək keyfiyyətlərə malik özəl tədris müəssisəsidir. Şagirdlərə olan yanaşma və təhsil Azərbaycan Respublikasının təhsil qanunu və müvafiq qaydalar, nizamnamələrlə tənzimlənir.
Təhsil prosesinin idarə edilməsinə, tədrisin keyfiyyətinə və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin gündəlik fəaliyyətinə idarəetmə komandası ilə birgə kompleksin direktoru tərəfindən nəzarət olunur.
Kompleksimizdə tədrisin keyfiyyətini və uşaqların inkişafını təkmilləşdirmək, eləcə də müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən pedaqoji şura fəaliyyət göstərir.
İdarəetmə qrupunun qəbul etdiyi bütün qərarlar şagirdlərimizin mənafeyinə uyğun tənzimlənir.