Bizim kurikulum
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin məktəbəqədər təhsil bölməsi 2-5 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.
Burada beynəlxalq səviyyədə tanınmış Early Years Foundation Stage Curriculum (EYFS) sistemi tətbiq olunur. Bu proqram uşaqların əsas ünsiyyət bacarıqlarını, fiziki, şəxsi, sosial və emosional inkişaflarını dəstəkləyir və təkan verir.
Uşaqlar keçid qrupundan ibtidai sinfə irəlilədikcə onlarda oxu-yazı qabiliyyəti, riyazi bacarıqlar inkişaf edir, STEAM fənni üzrə biliklər əldə edirlər.

Uşaqlar təhsilə ikidilli autentik mühitdə aşağıdakı bölmələr üzrə başlayırlar:
- Bilinqual A: İngilis və Azərbaycan dillərində tədris olunan beynəlxalq məktəbəqədər təhsil;
- Bilinqual B: İngilis və rus dillərində tədris olunan beynəlxalq məktəbəqədər təhsil;
İkidilli autentik təlim mühitinin yaradılması
Hər qrupda iki müəllim fəaliyyət göstərir və hər müəllim şagirdlərlə yalnız müvafiq dildə ünsiyyət qurur. Dərs prosesində müəllimlərdən biri şagirdlərlə ingilis dilində, digəri isə yalnız ana dilində danışır. Buna “hər insan- bir dil prinsipi” deyilir. Bu prinsip daha çox ikidilli ailələrin ünsiyyətinə bənzəyir, belə ki, hər valideyn uşaqla ünsiyyət zamanı öz ana dilindən istifadə edir.
Bu unikal sistem şagirdlərimizdə autentik ikidillilik formalaşdırmaqla yanaşı, pozitiv əqli inkişafın yaranmasına təkan verir.

Tədris yanaşmaları
Məktəbəqədər hazırlıq müəllimlərimiz uşaqların müsbət ünsiyyət bacarıqlarını, fiziki, və emosional inkişaflarını dəstəkləməklə yanaşı, onlarda oxu, yazı və riyaziyyat fənləri üzrə gələcək uğurların əsasını qurur.
Müəllimlər buna mükəmməl şəkildə hazırlanmış öyrədici oyunlar sayəsində nail olurlar.
Uşaqlar ibtidai məktəb yaşına yaxınlaşdıqca oxu, yazı və riyazi bacarıqların inkişafına diqqət daha da artır.
Mövzular və təlim məqsədləri
Mövzu
Məktəbəqədər qrupda təlim üç-dörd həftə ərzində tədris olunan mövzulara əsaslanır. (məsələn, “Payız” mövzusu)
Müəllimlər sinfi mövzuya uyğun olaraq bəzəyir və təşkil edirlər.



Mövzuya uyğun olaraq uşaqlar payız haqqında hekayələr dinləyərək, payız fəslinə aid sözlər yazaraq (düşmək, qırmızı, qəhvəyi, narıncı, yarpaqlar, ağaclar), barmaqla payız mənzərələri boyayaraq, yarpaq və ya şam qozalarını sayaraq müxtəlif fəaliyyətlərlə məşğul olurlar.
Təlim məqsədləri
Uşağın hər bir yaşda əldə etməli olduğu təlim məqsədləri "İnkişaf Məsələləri" adlı sənəddə izah edilmişdir. Bu məqsədlər aşağıdakı cədvəldə “mövzu başlıqları” adı altında toplanmışdır.
Məktəbəqədər dərslərin əksəriyyəti fənlərarası tədris planına əsasən keçirilir. Bu fənlər fonetika (ilkin oxu bacarıqları) kimi müxtəlif bacarıqların uşaqlara fərdi və kiçik qruplar şəklində aşılanması ilə tədris edilir.
Əsas sahələr
|
Xüsusi sahələr
(uşaq buna hazır olanda)
|
- Ünsiyyət və dil bacarıqları: İngilis dilində və seçilmiş ana dilində dinləmə, danışıq bacarıqlarının aşılanması, ünsiyyət zamanı növbə gözləmə
- Fiziki tərbiyə
- Şəxsi, sosial və emosional inkişaf: başqalarına yaxşılıq etmək və mərhəmət göstərmək, sosial bacarıqlara yiyələnmək, emosiyaları düzgün şəkildə idarə etmək
|
- Oxu və yazı bacarıqları: müxtəlif məqsədlər üçün oxumağı və yazmağı öyrənmək.
- Hesab bacarıqları: əyləncəli və praktik şəkildə ilkin riyazi bacarıqlara yiyələnmək
- Təsviri incəsənət və dizayn: rəsm, musiqi və özünü ifadənin digər yaradıcı formaları
- Dünyanı dərketmə: peşələr, heyvanlar, məkanlar, mədəniyyətlər və bayramlar kimi müxtəlif mövzular haqqında məlumat almaq
|
Keçid qrupunda (5 yaşlı) təhsil alan uşaqlar Kembric ibtidai sinif 1 və Milli Kurikulum üzrə birinci sinfə hazırlıq proqramı, eyni zamanda EYFS proqramı üzrə təhsil alırlar.
Qiymətləndirmə
Aşağıda göstərilən metodlardan istifadə edərək şagirdlərin təlim və tərbiyədəki inkişafını yaxından izləyirik:
• Qəbul zamanı şagirdlərin sosial bacarıqları, güclü tərəfləri, ehtiyac və maraqları barədə məlumat toplamaq məqsədilə ilkin qiymətləndirmə aparılır. Bu, onların gələcək tədris prosesinin planlaşdırılması üçün çox əhəmiyyətlidir.
• Hər bir şagirdin inkişafı fotoşəkillər, videolar və yazılı rəylər vasitəsilə qeyd olunur və Seesaw onlayn jurnalı vasitəsilə valideynlər ilə paylaşılır. Bu jurnal mütəmadi olaraq müəllimlər tərəfindən yenilənir.
• Hər bir şagirdin inkişafı EYFS profil sənədinin hər bir yaşa uyğun təlim məqsədlərinə əsasən izlənilir, həm ingilis, həm də ana dilində saxlanılır. Bu sənəd mütəmadi olaraq müəllimlər tərəfindən yenilənir və görüş zamanı valideynlərlə paylaşılır.
• Semestr ərzində iki dəfə valideyn iclasları keçirilir.
• İlin sonunda keçid siniflərində təhsil alan hər bir şagirdin ibtidai məktəbə daxil olmağa hazır olması ilə bağlı yazılı hesabat hazırlanır.
NİYƏ MTK?
MTK-nın məktəbəqədər təhsil pilləsini fərqləndirən xüsusiyyətlər:
- hər bir şagirdə xüsusi diqqət və fərdi potensialın inkişafı
- peşəkar əcnəbi və yerli mütəxəssislər tərəfindən yüksək keyfiyyətli tədris;
- mükəmməl şəkildə tam təchiz olunmuş müasir tədris mühiti;
- “Hər insan- bir dil prinsipinə” əsaslanan fərqli və maraqlı autentik ikidilli tədris proqramı (Bakıda yeganə);
- iki bölmədən birini seçmək imkanının olması (yuxarıda qeyd olunan şəkildə Bilinqual A və Bilinqual B);
- həm üz-üzə, həm də SeeSaw jurnalı vasitəsilə şagirdlərin şəxsi inkişafı və təlim nəticələri ilə bağlı müntəzəm olaraq ətraflı rəylərin verilməsi;
- Valideynlərin də müntəzəm iştirak etmək imkanı olan maraqlı tədbirlərin, öyrədici ekskursiyaların təşkil olunması.
Biz tədris proqramımızı şagirdlərimizin MTK- da öz təhsillərini yüksək səviyyədə başa vurması üçün dəqiqliklə hazırlamışıq.
MTK məzunları ən azı iki dildə tam akademik biliklərə sahib olur, əksəriyyəti isə üç və ya daha artıq dildə sərbəst danışa bilirlər.Bu isə o deməkdir ki, həm vətəndə, həm də xarici ölkələrdə geniş təhsil və karyera imkanları onların üzünə daim açıq olacaqdır.